sorğu
"Yayda Sizi düşünərək" lahiyəsi çərçivəsində "Sirab" şirkətinin dəstəyi ilə Biləcəri bələdiyyəsinin birgə əməkdaşları tərəfindən özünəməxsus tədbir keçirilmişdir. Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.
Tədbirdə xüsusi libas geyinmiş qızlar zənbillərə yığılmış sərin sular və yelpikləri qəsəbənin müxtəlif yerlərində - avtobuslarda, avtobus dayanacaqlarında, parklarda, dəmiryol vağzalında, ticarət obyektlərində olan sakinlərimizə pulsuz olaraq təqdim etmişlər.
Bələdiyyə tərəfindən bu layihənin keçirilməsində əsas məqsəd isti yay günlərində sakinlərin suya olan ehtiyaclarını ödəməklə yanaşı onlarda yüksək əhval-ruhiyyə yaratmaq olub.
Keçirilən tədbir sakinlərə xoş təsir bağışlanılıb.
Belediyye.info
|
|
|
|
|
|
|